Cəmiyyət 

Ailə üzvləri namazı camaat şəklində qılanda hansı şəkildə durmalıdırlar?

Ailə üzvləri namazı camaat şəklində qılanda hansı şəkildə durmalıdırlar?

Gündəlik namazları camaatla qılmağın faydaları çoxdur. Ailə üzvlərinin də namazları cəm halda qılmaları müsbət haldır. Xüsusilə, məsciddə camaat namazında iştirak etmək imkanı olmayan ailə üzvləri üçün evdə namazı cəm halda qılmaq savabdır. Ailə üzvlərinin camaat namazında qiraəti daha düzgün olan şəxs imamlıq etməlidir. Kişi və qadın ailə üzvlərinin camaat namazında imam kişi olmalıdır, təkcə qadınlardan ibarət olan ailə üzvlərinə qadın da imamlıq edə bilər. Əgər namaz qılanlar iki kişidirsə (məsələn, ata və oğul, yaxud iki qardaş), iqtida edən şəxs imamın sağ tərəfində dursa yaxşıdır. Əgər qadın öz ərinə yaxud qız öz atasına iqtida edirsə, o halda qadın kişinin sağ tərəfində bir qədər arxada və ya onun tam arxasında durmalıdır. Əgər namaz qılanlar iki nəfərdən artıq kişilərdirsə, iqtida edənlər imamın arxasında dururlar. Əgər iqtida edənlər qadın və kişilərdən ibarətdirsə, kişilər imamın arxasında, qadın (və ya qadınlar) da kişilərdən arxada dayanmalıdırlar. Hər bir halda, qadınlar kişilərdən daha arxada dururlar.

Daha çox xəbərlər