Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.
Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:
“Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.
AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.