Cəmiyyət 

DSMF: Sığortaolunanların sayı artıb

Bu ilin yanvar-iyun ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 70 min 340 nəfər və ya 1,36 faiz artıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, 2025-ci ili iyulun 1-nə qədər uçota alınmış sığortaolunanların sayı 5 milyon 200 min nəfərdən çox olub.

Daha çox xəbərlər