Hipertoniya ilə mübarizədə duz istehlakına diqqət!
Hipertoniya ilə mübarizədə natriumun, yəni duzun gündəlik istehlak miqdarına nəzarət xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hipertoniya xəstələri gündəlik həyatda bir neçə qaydaya əməl etməklə duz istehlakını azalda bilələr:
– Yeməkləri dadlandırmaq üçün duz əvəzinə sumax, kəklikotu, sarımsaq tozu, sarıkök, reyhan qurusu kimi ədviyyatlardan istifadə etmək olar;
– Konservləşdirilmiş, hisə verilmiş, duzlanmış, sosiska, kolbasa kimi emal olunmuş qidalardan imtina etmək tövsiyə olunur;
– Məhsul alarkən etiket məlumatlarına diqqət edin, daha az duzlu olanlara üstünlük vermək məsləhət görülür;
– Yeməklərin dadına baxmadan duz əlavə etmək gündəlik natrium istehlakını artıra bilər.
Unutmayın: Hipertoniya xəstələri üçün gündəlik natrium qəbulu 1500 mq-dan az olmalıdır. 1 çay qaşığı adi duz 2000 mq natriuma bərabərdir.
AQTA mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edir.