Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yanğınlar ermənilər basdırdığı “mina tarlaları”nı aktivləşdirə bilər – TƏHLÜKƏ

By Vüsal Rafiqoğlu
29.07.2025 2 Min Read

Son günlər Qarabağda baş verən yanğınlar mina təhlükəsinin hələ də ciddi şəkildə aktuallığını göstərir. Genişmiqyaslı yanğın hadisələri zamanı həmin ərazilərdə olan mina və digər partlayıcı sursatlar yüksək hərarətin təsirindən partlaya bilər.

Bu cür hadisələr bir daha sübut edir ki, ermənilər işğaldan çəkilərkən təkcə keçmiş təmas xətti boyunca deyil, həmçinin yaşayış məntəqələrinə, otlaq sahələrinə, meşə və yaşıllıq zolaqlarına da minalar basdırıblar.

Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və digər qurumlar tərəfindən yollar, yol kənarları, su hövzələri və bəzi yaşayış məntəqələri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin hələ də minalarla çirklənmiş geniş və təhlükəli ərazilər mövcuddur.

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov Teleqraf-a açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işləri bərpa prosesi ilə paralel şəkildə aparılır. Hazırda mərhələli şəkildə soydaşlarımız doğma yurdlarına köçürülür.

Qarabağ azad edildikdən sonra bölgədə beynəlxalq hava limanları, müasir avtomobil və dəmir yolları inşa olunub, kənd və şəhərlər yenidən qurulub. Bu səbəbdən ölkənin müxtəlif bölgələrindən on minlərlə insan Qarabağa axın edir və artıq minlərlə keçmiş məcburi köçkün öz doğma evinə qayıdıb.

Ermənistanın “mina siyasəti”

1990‑cı illərin əvvəllərindən başlayaraq Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında sistemli şəkildə mina sahələri yaradıb. Bu sahələr təkcə hərbi mövqelərdə deyil, həm də mülki infrastruktura, kənd yollarına, hətta yaşayış evlərinin həyətlərinə qədər uzanırdı. Bu, sırf mülki əhaliyə qarşı yönəlmiş terror siyasətidir. Statistika bu “mina terrorunun” miqyasını açıq şəkildə ortaya qoyur.

1991–2024-cü illər ərzində mina və partlamamış hərbi sursatlar nəticəsində 3 min 400 nəfərdən çox azərbaycanlı xəsarət alıb, onlardan 595‑i həlak olub. 2020-ci ilin noyabrından bu günə qədər, yəni post-müharibə dövründə təxminən 400 nəfər mina qurbanı olub. Onların 70 nəfəri həlak olub, 300 nəfərdən çoxu yaralanıb. Təkcə 2024-cü ildə 41 nəfər mina partlayışından zərər çəkib, 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Bu qurbanların böyük əksəriyyəti mülki şəxslərdir. Onlar işğaldan sonra öz doğma torpaqlarına qayıdıb və düşmən minasına tuş gəliblər.

Minalanmış ərazilər təkcə insan həyatı üçün deyil, ölkənin iqtisadi inkişafı üçün də böyük maneədir.

Qarabağ və Şərqi Zəngəzurun təxminən 12 faizi mina və digər partlamamış sursatlarla çirklənib. 147,988 hektar sahə yüksək səviyyədə çirklənmiş hesab olunur.

2020-2022-ci illərdə 626 km² (62,600 hektar) ərazi təmizlənib, minlərlə mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. ANAMA-nın açıqlamasına görə, 2025‑ci ilin əvvəlinə qədər artıq 140,000 hektardan çox sahə təmizlənib, lakin hələ yüz minlərlə hektar təhlükəli olaraq qalır. Bu miqyas, həm də kənd təsərrüfatının, infrastrukturun və məskunlaşmanın ləngiməsinə səbəb olur. Bu faktlar göstərir ki, erməni tərəfi təkcə müharibədə deyil, müharibədən sonra da Azərbaycan vətəndaşlarına qarşı mina terroru vasitəsilə gizli müharibəni davam etdirirlər.

ANAMA və digər qurumlar vətəndaşlara bir daha müraciət edərək bildirirlər ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı, hər hansı mina və ya yanğın təhlükəsi ilə qarşılaşdıqda 805, 102 və ya 112 nömrəli qaynar xətlərə məlumat verilməlidir.

Bu gün Qarabağda yenidənqurma və məskunlaşdırma prosesi sürətlə davam edir. Lakin mina təhdidi aradan qaldırılmadan bu torpaqlarda tam təhlükəsiz həyatın qurulması mümkünsüzdür.

Ermənistanın qoyub getdiyi bu gizli “ölüm tarlaları” həm insanlar, həm də dövlət üçün uzunmüddətli təhlükə mənbəyidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fransanın oğurlanan nüvə sirləri – dünyanın taleyi etibar edilməyən Paris – ŞƏRH

Next

Məktəbli formasının tərkibi sizi təəccübləndirə bilər – Bu nüanslara DİQQƏT

Xəbər lenti

  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv