Cəmiyyət 

Qurban bayramı ilə əlaqədar müvafiq dövlət qurumları gücləndirilmiş iş rejimində çalışacaq

ARANTV.AZ xəbər verir ki, Qurban bayramı ilə əlaqədar müvafiq dövlət qurumları gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxt və bölgələrdə əhalinin artan tələbatını ödəmək üçün bayram yarmarkaları da təşkil ediləcək.

Qurban bayramını milli adət-ənənələrimizə uyğun qeyd etmək və əhalinin zəruri ehtiyaclarını ödəmək üçün dövlət başçısının tapşırıqlarına əsasən, müvafiq dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri paytaxt və bölgələrdə qurbanlıq heyvan satışı yarmarkalarının təşkilidir. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və yerli icra strukturlarının iştirakı ilə təşkil olunacaq yarmarkalar avqustun 23-dək davam edəcək. Paytaxtda 33 ünvanda, bölgələrdə isə Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda keçiriləcək. İri və xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın qurbanlıq heyvanın çıxarılması nəzərdə tutulub. Həmçinin yarmarkalarda heyvanların qiyməti real bazar qiymətlərindən xeyli ucuz olacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik tədbirlər həyata keçiribdezinfeksiya işləri aparılıb.

Bayram günlərində müvafiq dövlət qurumları da gücləndirilmiş iş rejimində çalışacaqBakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığının qarşısını almaq üçün bayramərəfəsində və bayram günlərində marşruta buraxılacaq avtobusların sayı artırılıbXəttə çıxacaq bütün avtobuslar ciddi texniki baxışdan keçirilib.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi də fasiləsiz  iş rejimində çalışacaqBayramla əlaqədər qatarla regionlara və qonşu ölkələrə sərnişin çoxluğu nəzərə alınaraq müvafiq tədbirlər görülübBütün istiqamətlərə qatarlara əlavə vaqonlar qoşulub. Ölkədə fəaliyyət göstərən banklar da Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBayram günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat istifadəsi üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaqValyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxt və bölgələrdəki 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət edəcəkBakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi24 saat rejimində işləyəcək.

Daha çox xəbərlər