Cəmiyyət 

“Mənəvi dəyərlərin təbligi və dini icmalar “mövzusunda konfrans keçirilib

ARANTV.AZ xəbər verir ki, “Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və təbligi ilə baglı mühüm işlər görülür. Ölkəmizdə bu sahədə çoxsaylı layihələr reallaşdırılır”. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Mənəvi dəyərlərin təbligi və dini icmalar “mövzusunda konfransda danışılıb.

Mənəvi dəyərlərin qorunub-saxlanılması və gələcək nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmalar da əhəmiyyətli rol oynayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub-saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, ”Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Prezident yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev və digərləri milli-mənəvi dəyərlərin ictimai şüurda möhkəmlənməsində, təbliği və təşviqində hər bir qurumun üzərinə düşən vəzifələrdən danışdılar.

Konfransda milli-mənəvi dəyərlərin təbligi ilə baglı təkliflər səsləndi, bu sahədə görüləcək işlər barədə məlumat verildi.

Daha çox xəbərlər