Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ölkədə rüşvətxorluğa qarşı yeni mübarizə

By Vüsal Rafiqoğlu
20.08.2025 4 Min Read

Ekspert deyir ki, Azərbaycanın bu standartı dünyada tanınmır; “İAF-a üzvlük vacibdir”

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlamasını aparıb. İnstitut xəbər verir ki, “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib. Bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır. Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

“Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq tələblərinin icrası məqsədilə qəbul edilib.

Daha dəqiq desək, institut rüşvətxorluğa qarşı idarəetmə sistemlərinə dair yeni dövlət standartının dövri yoxlamasını aparıb və bu standart artıq qəbul olunub. Yeni standart rüşvətxorluqla mübarizədə vahid yanaşma təqdim edir. Burada əsas məqsəd təşkilatların rüşvətxorluq risklərini necə müəyyən etməli, qiymətləndirməli və idarə etməli olduğunu izah etməkdir. Standartın tətbiqi nəticəsində təşkilatlarda şəffaflıq təmin olunur, etik davranışlar təşviq edilir və rüşvətin qarşısının alınması üçün sistemli mexanizmlər formalaşdırılır. Bu sənəd dövlət və özəl qurumlar üçün bir rəhbərlik kimi istifadə oluna bilər. Yəni bu addım dövlətin həmin fəaliyyət planında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi daşıyır. Yeni dövlət standartı ilə təşkilatlara rüşvətxorluğa qarşı daha sistemli və səmərəli mübarizə aparmaq üçün dəstək verilir. Bu isə bütövlükdə idarəetmədə şəffaflığın və etibarlılığın artırılmasına xidmət edir.

İcra hakimiyyətləri ləğv edilməli, idarəetmə yenidən qurulmalı, hamının  fəaliyyəti ölçülməlidir" - MÜSAHİBƏ - FED.az

 Asif İbrahimov 

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycan Standartlaşma İnstitutunda dövlət standartı qəbul edilib. Əslində dövlət standartı qəbul edilmir. Bununla bağlı 2016-cı ildən Beynəlxalq Standartlaşma Təşkilatı (ISO) tərəfindən mövcud olan İSO 37001-2.2016 standartı var. Bu standart 2016-cı ildə dərc olunub, yəni dərc olunma ili əsas götürülür. Bizim institut həmin standartı götürüb tərcümə edib və dövlət standartı olaraq qəbul edib, İSO 37001-2025 olaraq qəbul ediblər. 2017-18-ci illərdən bəri bu standartın tətbiqi həyata keçirilib, bir çox dövlət qurumları bunu tətbiq edir. DOST Agentliyi, Dövlət Tibbi Sosial Ekspertiza Agentliyi, Məşğulluq Agentliyi, Xəzər Dəniz Gəmiçiliyi və digər qurumlarda bu standartın tətbiqi həyata keçirilib. Artıq bu standartın dəfələrlə resertifikatlaşdırma prosesi aparılıb. Yəni dəyişən heç bir şey yoxdur. Həmin standart dövlət standartı olaraq qəbul edilib. Ümumilikdə Azərbaycanda İSO 37001-2025 standartına əsasən verilən sertifikatlar dünyada keçərli olmayacaq. Daha yaxşı olardı ki, Azərbaycan hökuməti bununla bağlı göstəriş versin. Hər hansı standartların tətbiqi və tənzimləməsini həyata keçirən qurum İAF-a üzv olsun və Azərbaycan tərəfindən verilən bütün beynəlxalq sertifikatlar dünyanın bütün digər akkreditasiya orqanları tərəfindən tanınsın. Yəni AZAK – Azərbaycan Akkreditasiya  Mərkəzi bütün dünyada tanınsın”.

Ekspert qeyd edib ki, əslində standartın yeni versiyası çıxıb – İSO 2025. Beynəlxalq Standartlaşma Təşkilatı tərəfindən yeniliklər var: “Bizdə isə köhnə versiya tərcümə edilərək 2025 versiyası adı ilə dövlət standartı kimi qəbul edilib. Əgər Azərbaycan İAF-a üzv olsa, Azərbaycan Akkreditasiya Mərkəzinin verdiyi sertifikatlar bütün İAF üzvü olan digər ölkələrdə tanınmalı olacaq. 2016-cı ildə Standartlaşma və Meteorologiya Patent üzrə Dövlət Komitəsi var idi, özləri üzv olmamışdılar. Bunun məqsədi isə bilavasitə üzv olmamaq və yoxlayıcı qurumların hamısını AZAK-a üzv etsinlər, əlavə vəsait alsınlar. Lakin bu işlər belə olmur. İAF-a üzv olmaq lazım idi. Azərbaycan AZAK tərəfindən verilən bütün sertifikatlar İAF üzvü olan digər ölkələrdə tanınmalı idi. Bu, bilə-bilə atılmış addım idi və indi bu səhvdən dönmək lazımdır.

Azərbaycan Uqanda və ya Cibuti deyil. Ölkəmiz inkişaf etməkdə olan, yetərincə istehsal mədəniyyəti olan, ixtisaslaşmış sənaye dövlətidir. Buna görə də Azərbaycan Akkreditasiya Mərkəzi İAF-a üzv olmalıdır ki, AZAK loqolu sertifikatlar dünyanın bütün İAF üzvü ölkələrində tanınsın”.

Qeyd edilməlidir ki, “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” standartı artıq ASAN xidmət modelində də tətbiq edilir. ASAN xidmət 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərən vətəndaşlara dövlət xidmətlərini bir pəncərə prinsipi ilə təqdim edən sistemdir. Onun əsas məqsədi insanlara sürətli, şəffaf və əlçatan xidmətlər göstərmək, eyni zamanda rüşvətxorluq və korrupsiya hallarını minimuma endirməkdir. Əvvəllər bir çox dövlət xidmətində vətəndaşlar birbaşa məmurla təmasda olurdu ki, bu da qeyri-rəsmi ödənişlərə və şəxsi tanışlıqlara geniş yol açırdı. ASAN xidmət bu prosesi sistemləşdirərək insan amilini minimuma endirib və bütün xidmətləri rəsmiləşdirilmiş qaydalar əsasında təqdim etməyə başlayıb. Xidmətlərin hansı sənədlərlə, neçə günə və nə qədər ödənişlə göstəriləcəyi əvvəlcədən məlumdur və bu, hər kəs üçün eyni şəkildə tətbiq olunur.

Xidmət mərkəzlərində növbələr elektron şəkildə idarə edilir. Bu isə vətəndaşların “tanış tapıb” növbədənkənar xidmət almasının qarşısını alır. Eyni zamanda bir çox xidmətlər onlayn şəkildə də təqdim olunur ki, bu da vətəndaşların əlavə vaxt və enerji sərf etmədən xidmətlərdən faydalanmasına şərait yaradır. ASAN xidmət əməkdaşları xüsusi seçilmə və təlim prosesindən keçirilir. Onların rotasiya ilə işləməsi və daimi nəzarətdə saxlanılması şəxsi əlaqələrin və potensial sui-istifadə hallarının qarşısını alır. Hər bir vətəndaş xidmətin sonunda məmnunluğunu qiymətləndirə bilir və bu rəylər toplanaraq təhlil edilir.

Bu model həm vətəndaşların dövlətə olan inamını artırır, həm də xidmət keyfiyyətini yüksəldir. ASAN xidmət BMT tərəfindən də yüksək qiymətləndirilib və bir neçə beynəlxalq mükafata layiq görülüb. Vətəndaş məmnunluğu səviyyəsi isə 98-99 faiz civarındadır. ASAN xidmətin uğurlu təcrübəsi indi daha geniş şəkildə tətbiq olunmağa başlanır. “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” adlı yeni dövlət standartının qəbul edilməsi də məhz bu modelin daha geniş miqyasda tətbiqinə istiqamətlənib. Beləliklə, “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” dövlət standartı, ASAN xidmət modelində olduğu kimi, şəffaf, etibarlı və hesabatlı idarəetməni digər dövlət və özəl qurumlarda da genişləndirmək məqsədini daşıyır. Bu isə ölkədə korrupsiyaya qarşı mübarizənin sistemli və effektiv şəkildə aparılması üçün mühüm addımdır. Nəticə etibarilə, ASAN xidmət yalnız bir mərkəzləşmiş dövlət xidmətləri platforması deyil, həm də şəffaf idarəetmənin mümkünlüyünü və rüşvətxorluğun qarşısının alınmasında effektiv mexanizmlərin qurulmasının nümunəsini ortaya qoyur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün yağış yağacaq

Next

İrəvan məscidləri – unudulmayan miras

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv