Küçədə baldızını qovub yaxaladı, bıçaqla boğazını kəsdi
Türkiyənin Antalya bölgəsində dəhşətli hadisə baş verib. Belə ki, Erkan adlı şəxs məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşından uzaqlaşdırılsa da, gecəyarı qadının evinə daxil olub.
Azğınlaşmış kişi öncə baldızına bıçaqla hədə qorxu gəlib. Sonra küçə boyu qadını qovaraq boğazına və bədəninə dəfələrcə bıçaq zərbəsi endirib.
Ağır yaralanan qadın təcili yardımla xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, mühafizəçi vəzifəsində çalşan Erkan K. bir müddət öncə həyat yoldaşından rəsmən ayrılıb və məhkəmənin qərarı ilə keçmiş arvadına yaxınlaşmaq haqqını itirib. Dəfələrcə əri tərəfində söyülüb döyülən Sinem K. azyaşlı qızı ilə bacısının evinə köçüb. Xatırladaq ki, qadın ikinci övladına hamilədir.
Gecə yarı keçmiş arvadı ilə danışmaq üçün baldızının evinə gələn Ercan rədd edildiyini görüb bütün əsəbini baldızından çıxıb.Publika.az

