Cəmiyyət 

“Bazarda keyfiyyətsiz kolbasa və sosiska çox olduğundan istehlakçılar etiket və saxlanma şəraitinə diqqət etməlidirlər” -Ekspert

“Kolbasa və sosiska kimi emal olunmuş ət məhsulları gündəlik rasionda diqqətlə seçilməlidir”.

Bu sözləri qida üzrə ekspert Hüseyn Kərimov BiG.AZ-a bildirib.

O qeyd edib ki, bazarda keyfiyyətsiz məhsullar çox olduğundan istehlakçılar əsasən etiket və saxlanma şəraitinə diqqət etməlidirlər:

“Əvvəlcə məhsulun istehsal tarixi və son istifadə müddətinə baxmaq vacibdir. Qablaşdırma şişkin olmamalı, üzərində zədələnmə və ya rəng dəyişikliyi görünməməlidir. Tərkibində çoxlu miqdarda soya, nişasta, dadvericilər və süni boyalar olan kolbasa və sosiskalardan uzaq durmaq lazımdır. Mümkün qədər “100% ət” yazılmış məhsullara üstünlük verilməlidir.

Məhsulun saxlanma şəraiti də mühüm rol oynayır. Soyuducu şəraitdə saxlanmayan kolbasa və sosiska zəhərlənmə riski yaradır. Alıcılar yalnız etibarlı mağazalardan alış-veriş etməlidirlər. Bu məhsullar gündəlik qidalanmanın əsas hissəsi olmamalıdır: Kolbasa və sosiska həftədə bir neçə dəfə, məhdud miqdarda qəbul edilməlidir. Çünki tərkibindəki duz və qatqılar ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər”.

Daha çox xəbərlər