Vəfat edənlər, vəzifəyə gedənlər, işindən azad olunanlar – Deputatların boş qalan yerləri- SİYAHI
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Rəfael Cəbrayılov deputat mandantından imtina edib.
ARANTV.AZ yüksək vəzifəyə gətirilən, istefa edən və dünyasını dəyişən deputatların siyahısını təqdim edir:
Ölkə prezidentinin sərəncamına əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev-Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov- Dövlət Miqrasiya Xidmətinin rəisi
Deputat Muxtar Babayev -Ekologiya və təbii sərvətlər naziri
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra, onun deputat fəaliyyətinə xitam verilib.
Milli Məclisin deputatı Astan Şahverdiyev isə 2018-ci ildə vəfat edib.
Bu səbəbdən, Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 118-i təmsil olunur.
Yuxarıda qeyd edilən hadisələrə görə deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar Seçki Dairəsi,9 saylı Binəqədi ikinci seçki dairəsi.
Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Deməli, qanunvericilik boş qalan dairələrdə yeni seçkilərin keçirilməsi zərurəti yaradır.Sonxeber.az
Lamiyə Məmmədova

