Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU – Sensasion ad və… Ağ Evdə verilən vəd

By Vüsal Rafiqoğlu
22.09.2025 2 Min Read

ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması ilə iki ölkə arasında münasibətlər yeni bir mərhələyə adlayıb. Toqquşmalardan çox, sakit və müharibəsiz bir mərhələyə, quruculuq mərhələsinə.

Açılan unikal imkanlar pəncərəsi əsasında bunu deyirik. Pezident Donald Trampın da imzası duran üçtərəfli Birgə Bəyannamənin qəbulu bu mərhələnin tarixdə müsbət işarə ilə qalacağına ümidləri artırır…

Paraflanmış sənədin VIII maddəsində deyilir: “Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər”. IV bənddə isə bildirilir ki, “tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər”. Digər bənddə ölkələr arasında qarşılıqlı etimad tədbirlərinin vacibliyindən söz açılır.

Nə yaxşı ki, bu yöndə artıq pozitiv siqnallar, real işlər var. Əsasən də Ermənistan tərəfdən. Bu da təbidir, çünki “ocağa” zaman-zaman “odun” atan, “yağ” tökən, milli-irqi nifrəti, o sırada Türkə nifrəti yaşadan və körükləyən məhz ermənilər olub. Ayrı sözlə, qarşılıqlı etimadın yaradılması böyük ölçüdə İrəvandan, ümumən erməni toplumundan asılıdır…

Pozitivlərə gəlincə, az öncə Paşinyan hökumətinin göstərişi ilə Ağrı dağının möhürlərdən silinməsini xatırlatmaq olar. Bu günlərdə isə ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan ilk erməni rəsmi şəxs kimi Bakı Beynəlxalq Təhlükəsizlik Forumunda (19-21 sentyabr) iştirak edib.

Həmçinin bəlli olub ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası özünün sentyabrın 20-də keçirilmiş qurultayında İdarə Heyətinin üzvlərinin siyahısından Sasun Mikaelyanın adı çıxarılıb. Mikaelyan Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə əli olan “Yerkrapa” terror təşkilatının rəhbəridir.

Ümid edək ki, tezliklə “Yerkrapa”nın qeydiyyatının ləğvinin də şahidi olacağıq. İrəvanda separatçıların sonuncu “qalası” olan “nümayəndəlik” binasının əllərindən alınması ilə bağlı məhkəmə davası da ümid edək uzun çəkməyəcək. Bədnam Minsk Qrupunun de-yure ləğvindən sonra belə bir “təxribatçı yuva”nın qalması qarşılıqlı etimad prosesinə daha sağalmaz zərbə vura bilər…

Sonra. Yenə eyni gündə başqa bir diqqətçəkən olay baş verib: Qazaxıstanda mahnı müsabiqəsində Azərbaycan və Ermənistan bir-birlərinə ən yüksək xalı verib. Bu işğal dövründən bəri ilk belə hadisədir. Mədəni-humanitar tədbiri olsa da, şübhəsiz, burada ikitərəfli siyasi mesaj var.

Nəhayət, bu da maraqlıdır ki, dünən – sentyabrın 21-də – Ermənistanın Müstəqillik Günündə nə baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xçatryan, nə də spiker Alen Simonyan və müdafiə naziri Suren Papikyan 1-ci və 2-ci Qarabağ müharibələrində öldürülən işğalçı- separatçı-terrorçuların dəfn edildiyi İrəvandakı “Erablur” hərbi panteonuna ilk dəfə olaraq baş çəkməyiblər. Rəhbərlik yalnız əklil göndərib…

Əlbəttə, iki qonşu nə vaxtsa düşmənçilik səhifəsini bağlamaq zorundadırlar. Bu mənada sadalananlar təqdiredicidir, amma yetərli sayılmaz. O zaman yetərli sayılacaq ki, iki xalqın barışığına ən böyük əngəl aradan qalxacaq – Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəa çıxarılacaq.

Paşinyan və komandası bunun öhdəsindən gələ biləcəkmi? Özünün təbliğ elədiyi 29.7 min kv km-lik “Real Ermənistan” ətrafına əksər erməniləri toplaya biləcəkmi? Əsas sual budur. Çünki bu suala cavab erməni ictimai şüurunda kardinal dəyişikliyi, “mitasum”dan həmişəlik imtinanı diktə edir.

Deməli, baş nazirin müharibə tərəfdarları ilə – radikal-revanşistlər, kilsə və lobbi ilə sonuncu, ən böyük davası qabaqdadır. Əgər o, həqiqətən və səmimi şəkildə barışıq prosesini başa çatdırmaq, Azərbaycanla sülh müqaviləsini imzalamaqda qərarlıdırsa…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təqaüdçü və tələbələrə ŞAD XƏBƏR – Güzəştli gediş haqqı tətbiq olunacaq

Next

Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatdı, açarlar təqdim edildi

Xəbər lenti

  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv