Bakıda qadını qatar vurdu
Bakıda Keşlə qəsəbəsi, “Çerment körpüsü” kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti kritikdir.

