Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyətində Dövlət qulluqçuları üçün maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “Fəaliyyət Planı”nın 8.10.1.tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına İcra Hakimiyyəti tərəfindən 23 oktyabr 2025-ci il tarixində İcra Hakimiyyətinin inzibati binasında “dövlət qulluqçularının etik davranışı mövzusu”nda təlim keçirilib. Keçirilmiş təlimin əsas məqsədi dövlət qulluqçularının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu xidməti fəaliyyətləri dövründə daim rəhbər tutmaq və qanunun əsas məqsədlərinə, qanunda göstərilən etik davranış qaydalarına əməl etmək və bu sahədə bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Daha çox xəbərlər