Hadisə 

Abşeronda 4 avtobus yanıb külə döndü – Hadisə yerindən GÖRÜNTÜLƏR

Abşeron rayonunun Məmmədli kəndində istifadəyə yararsız avtobusların saxlandığı ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb olunan FHN qüvvələri alovu qısa müddətdə nəzarətə götürüb.

Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

Daha çox xəbərlər