Siyasət 

Güclü hüquqi dövlət bağışlamağı da bacaran dövlətdir!

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən belə bir humanist təşəbbüsün irəli sürülməsi dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il öncəsi bir çox ailədə böyük sevinc hissi yaşadacaq.

Güclü hüquqi dövlət cəzalandırmaqla yanaşı, bağışlamağı da bacaran dövlətdir. Bu yanaşma hüquqla humanizmin, qanunla mərhəmətin tarazlığını təmin edir. Biz görürük ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət məhz bugün bu yanaşmanı əsas tutur.

Ölkəmizdə ilk dəfə əfv və amnistiya institutları da məhz Ulu Öndər Heydər Əliyevin dövründə təsis edilmişdir və 7 amnistiya aktı tərtib edilmişdir.

Qeyd etmək lazımdır ki, amnistiya cinayətin bağışlanması deyil, cəzanın yüngülləşdirilməsi və ya ondan azad etmə formasıdır. Bu, hüquqi məsuliyyətin tam aradan qaldırılması anlamına gəlmir, əksinə, cəmiyyətə təhlükə yaratmayan, islah olunma potensialı olan şəxslərə yenidən faydalı fərd kimi formalaşmaq üçün fürsət verir.

Eyni zamanda, amnistiya cəzaçəkmə müəssisələrinin yükünün azaldılması, məhkumların sosial adaptasiyasının asanlaşdırılması və təkrar cinayətlərin qarşısının alınması baxımından da mühüm rol oynayır. Azərbaycan Dövləti bu yolla cəmiyyətimizə də bir açıq mesaj verir: səhv edən insanı tamamilə itirmək yox, onu islah edərək geri qaytarmaq mümkündür.

Sonda qeyd etmək istəyirəm ki, amnistiya aktının hazırlanması zamanı şəffaflıq, hüquqi dəqiqlik və ictimai maraqların qorunması əsas prinsip kimi ön planda tutulmuşdur və bununla da amnistiya aktının öz həqiqi məqsədinə – daha ədalətli, daha sağlam və daha güclü cəmiyyət quruculuğuna xidmət edəcəyinə heç bir şübhə yoxdur.

NURLAN.jpg (72 KB)

Nurlan Həsənov, millət vəkili

Daha çox xəbərlər