Cəmiyyət 

“İstintaq Dövründə Ədalət və Səbr: Eyibovlar Ailəsinə Qarşı Qərəz Yolverilməzdir”

Son günlər Ruslan Eyibovla bağlı yayılan məlumatlar fonunda bəzi media qurumlarının və sosial şəbəkə istifadəçilərinin istintaq getdiyi halda tələsik və mənfi mövqe nümayiş etdirməsi ciddi narahatlıq doğurur. Hüquqi dövlətdə əsas prinsiplərdən biri günahsızlıq prezumpsiyasıdır və məhkəmə qərarı olmadan hər hansı şəxs barəsində qəti rəy formalaşdırmaq nə etik, nə də peşəkar yanaşmadır.Xüsusilə qeyd edilməlidir ki, Ruslan Eyibov dövlət məmuru deyil. O, özəl sektorda fəaliyyət göstərən, eyni zamanda xeyirxah və sosial məsuliyyətli iş adamıdır. Ruslan Eyibov rəhbərlik etdiyi şirkətlərdə əməkdaşlara ədalətli və insani münasibəti ilə seçilir, yerli icmaların dəstəyini qazanır, sosial layihələrdə fəal iştirak edir və yardımsevər fəaliyyəti ilə tanınır. Onu tanıyanların böyük əksəriyyəti Ruslan Eyibov haqqında müsbət fikirə malikdir və ona dərin hörmət bəsləyir.Qeyd etmək lazımdır ki, son günlər Ruslan Eyibovun tutulması xəbərləri yayıldı. Burada vacib məqam odur ki, tutma və həbs prosesi məhkəmə qərarı ilə eyni şey deyil. Cinayət işi açıldıqda istintaq orqanları zəruri hesab etdikdə şəxsi müvəqqəti olaraq tutmaq və ya həbs etmək üçün tədbir görə bilərlər. Bu, istintaqın maneəsiz aparılması, şahidlərin qorunması və sübutların toplanması üçün normal prosedurdur. Ruslan Eyibov hələ məhkəmə qərarı ilə günahkar sayılmayıb, buna görə də ictimaiyyətin tələsik rəy bildirməsi düzgün deyil.Eyni zamanda narahatedici məqam bəzi media qurumlarının bu məsələni süni şəkildə Bəylər Eyibovun adı ilə əlaqələndirməsidir. Bu yanaşma tamamilə yanlışdır və heç bir hüquqi və mənəvi əsası yoxdur. Bəylər Eyibov Azərbaycan dövlətçiliyində xüsusi yeri olan, Ümummilli Lider Heydər Əliyevin etibarlı silahdaşlarından biri kimi tarixə düşmüş şəxsiyyətdir. O, bütün fəaliyyəti boyunca dövlətçilik maraqlarını üstün tutmuş, dövlətə sədaqəti və prinsipial mövqeyi ilə seçilmiş nüfuzlu dövlət xadimidir. Eyibovlar ailəsi uzun illərdir ki, dövlətə bağlılığı, ictimai mövqeyi və xidmətləri ilə tanınır.Bir ailə üzvü ilə bağlı istintaq gedərkən bu prosesi digər şəxslərin adına kölgə salmaq üçün istifadə etmək nə jurnalist etikasıdır, nə də ədalətli yanaşmadır. Eyibovlar ailəsinin ünvanına yönəlmiş ittihamedici ritorika faktlara deyil, qərəzli yanaşmalara söykənir.Media və cəmiyyət üçün ən doğru mövqe obyektivlik, səbr və hüquqa hörmət nümayiş etdirməkdir. İstintaq orqanlarının işini maneəsiz aparmasına imkan verilməli, yekun nəticələr olmadan ictimai hökm çıxarılmamalıdır. Ruslan Eyibovun həm iş adamı kimi xeyirxah fəaliyyəti, həm də ailəsinin dövlətçilik ənənələrinə sadiqliyi nəzərə alınaraq, ədalətli və şəffaf araşdırma aparılacağına inanmaq üçün kifayət qədər əsas var.Sonda bir daha vurğulamaq lazımdır ki, dövlətçilik ənənələrinə sadiq ailələrin adının əsassız şəkildə hallandırılması, xüsusilə istintaq dövründə, nə cəmiyyətə, nə də medianın nüfuzuna fayda gətirir. Ədalət yalnız qanuna hörmət və təmkinli mövqe ilə təmin oluna bilər. Hörmətlə, ictimai fəal Vaqif Məhəmməd oğlu.

Daha çox xəbərlər