Cəmiyyət 

Leyla Əliyeva Əzizə xala ilə piroq bişirdi – FOTO, VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonuna səfər edib və rayonunun Hil kəndində yaşayan tanınmış Rəmixanovlar ailəsinin qonağı olub.

Musavat.com xəbər verir ki, Leyla Əliyeva “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. O, evin xanımı Əzizə xanımla birgə ənənəvi ləzgi tərəvəz piroqunu hazırlayıb.

Bu barədə o, instagram hesabbında paylaşım edib və ailəyə təşəkkür edib:

“Yeni ilin ilk günlərində Qusarda isti, səmimi və yadda qalan anlar. Azərbaycan kənd həyatının ruhunu, milli mətbəximizin dadını və ailə dəyərlərini böyük sevgi ilə paylaşan Rəmixanovlar ailəsinə səmimi qonaqpərvərliklərinə görə xüsusi təşəkkür edirəm. Bizi böyük ürəklə qarşıladığınız üçün çox sağ olun.

Sizə möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Doğma Azərbaycanımızı layiqincə təbliğ edən layihənizdə uğurlarınız bol olsun”.

Qeyd edək ki, “Kənd həyatı” yutub layihəsində Rəhimxanovlar ailəsi milli mətbəximizə aid yeməklərin hazırlanmasını və kənd həyatını nümayiş etdirir. Layihənin videoları dünyada da populyarlıq qazanıb.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər