Dünya 

Xameneinin dəfni yeri hazırlandı – Görüntülər yayıldı

İranın sabiq ali dini lideri Əli Xamenei ilə bağlı sosial şəbəkələrdə diqqətçəkən görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, telegram kanallarında paylaşılan kadrlarda Xameneinin dəfni üçün hazırlandığı iddia edilən məkanın əks olunduğu bildirilir.

Həmin görüntülərin harada və nə vaxt çəkildiyi ilə bağlı rəsmi təsdiq verilməyib.

İddialara görə, sözügedən yer artıq əvvəlcədən hazırlanıb və mümkün dəfn mərasimi üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu tip xəbərlər və görüntülər sosial mediada tez-tez yayılsa da, onların doğruluğu hər zaman təsdiqini tapmır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Musavat.com

Daha çox xəbərlər