Qubanın rayon mərkəzindən 80 kilometr uzaqlıqda kənd mənzərəsi – VİDEO
Quba rayonu ümumilikdə Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ rayonları ilə həmsərhəddir. Amma, ən ucqar kəndi olan Muçu kəndi Quba rayonunun Şabran, Xızı, İsmayıllı və Şamaxı rayonları ilə rayonun sərhədlərini bölüşür.
“İki sahil”in Şimal bürosu bildirir ki, Muçu kəndi Quba rayonunun ən ucqar kəndi olmaqla, Xaltan İnzibati Ərazi Dairəsinə daxildir. Kənd elektrik enerjisilə təmin olunsa da, təbii qazla təmin olunmayıb. Bu da yanacaq problemini gündəmə gətirir. Kənddə odun yanacağından isifadə olunur.
Kəndlə qonşu olan Rəngidar kəndində vaxtilə həyat qaynasa da, bu gün bir neçə ev qalıb. Muçu və ətraf kəndlərin bəzilərində irimiqyaslı köçün baş verməməsinə təsir edən amillərdən biri yerli sakinlərin Şabran, Siyəzən, yay aylarında Şamaxı rayonlarına alış-verişə gedib-gəlməsidir. Çünki, Qubanın rayon mərkəzinə məsafə, sadalanan rayon bazarlarına nisbətən uzaqdır.
Qeyd edək ki, həmişə aktual olan Quba-Qonaqkənd-Qızmeydan-Şamaxı avtomobil yolu Muçu kəndinin yanından keçir.
Aydın Adıgözəlov,
Quba, “İki sahil”in Şimal bürosundan

