Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bakıya bu tarixdə güclü qar yağacaq
Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında sıfır həddinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi “Bakıya qar yağacaqmı?” sualını yenidən gündəmə gətirib.
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən, həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var.
“Belə ki, Bazar ertəsi (19 yanvar) və Çərşənbə axşamı (20 Yanvar) gün ərzində havanın maksimum temperaturu 3°C, minimum temperaturu isə 0°C-yə qədər düşəcək, axşam və gecə saatlarında yağış, sulu qar və qar yağacağı ehtimal olunur (ehtimal 25%-dir)”.
Ekspert qeyd edir ki, Çərşənbə (21 yanvar) hava nisbətən açılacaq, lakin gecə saatlarında şaxtalı hava şəraiti müşahidə ediləcək.
“Həftənin sonu, yanvarın 22-dən etibarən temperaturun tədricən artaraq gündüz 7-8°C olacağı, yağıntıların isə daha çox yağış şəklində davam edəcəyi gözlənilir”.

