“Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin Hüquqi İrsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihə rəhbəri Fəxriyyə Cəfərli tərəfindən iştirakçılara layihənin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ardınca Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, dövlətçilik və hüquqi irsindən bəhs ediblər.
Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
#HeydərƏliyev #MYS #BirKimiBirlikdə #AZGF #QarabağGəncləri


