Siyasət 

Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır:

“İlk növbədə, bu mükafata görə mən münsiflər heyətinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi, müasirləşmə davam edir. Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərinə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır”.

Daha çox xəbərlər