“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsinin açılış mərasimi keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Qarabağ Regional Gənclər və İdman İdarəsi”nin, həmçinin “Qarabağ Regional Təhsil İdarəsi”nin təşkilati dəstəyi ilə keçirilib.
Layihənin ilk tədbiri Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirakçılara layihə rəhbəri Aynurə Şəmilova tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi haqqında məlumat verilib, məktəb direktoru Gülnarə Əliyeva layihənin həmin məktəbdə keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirmişdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb, Layihənin kodinatoru Könül Vəliyeva qəhrəmanlarımız haqqında, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə üzrə Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov və vətən müharibəsi iştirak etmiş Şahin Zeynalov şəhid və qazilərimizin Qarabağın azad olmasında rolu haqqında məlumat veriblər. Sonda iştirakçıların sualları cavablandırılıb və Qəhrəmanlarımızı əks etdirən sənədli filmi izləyiblər.
#AZGF #GənclərFondu #Qəhrəmanlarımız #QarabağRGİİ #QarabağGəncləri


