“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsinin açılış mərasimi keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.
Layihənin 2-ci tədbiri Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirakçılara layihə rəhbəri Aynurə Şəmilova tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi haqqında məlumat verilib, məktəb direktoru Gülnarə Əliyeva layihənin həmin məktəbdə keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirmişdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb. Sonda iştirakçıların sualları cavablandırılıb və Qəhrəmanlarımızı əks etdirən sənədli filmi izləyiblər.
#AZGF #GənclərFondu #Qəhrəmanlarımız


