Rayonlarda bu sahələr üzrə işçi tapılmır – AÇIQLANDI
Rayonlarda bəzi sahələr üzrə iş tapmaq olmur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, işəgötürənlərin ən çox əziyyət çəkdiyi sahələr texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq, maliyyə, tikinti və fiziki işlər, kənd təsərrüfatı və heyvardarlıq, ticarət, turizm, ofis və inzibati işlərdir.
Bəs kadr çatışmazlığının əsas səbəbi nələrdir?
Kariyera mütəxəssisi Nicat Həmidov bildirib ki, əsas səbəblərdən biri namizədin peşə bacarıqlarının olmaması, namizədin təcrübəsizliyi, əməkhaqqı gözləntisinin yüksək olmasıdır.
Qurum rəsmisinin sözlərinə görə, təhsil, tibb və digər ixtisaslaşmış sahələr üzrə də işçi çatışmazlığı mövcuddur.
İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədov bildirib ki, təhsil alan şəxslərin öz ixtisasları üzrə deyil, fərqli ixtisaslar üzrə inkişaf etməkləri ilə bağlıdır:
“Nəticədə bu həmin sahələr üzrə işçi çatışmazlığına səbəb olur. Mövcud kadr çatışmazlığı regional inkişafın, iqtisadi artımın qarşısında əsas maneələrdən biri olaraq qalır”.

