Zavod işçisi avtobusda ÖLDÜ
Sumqayıtda zavod işçisi avtobusda ölüb.
Kimyaçılar qəsəbəsində yerləşən “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında zavoda məxsus “İsuzu” markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron sakini Səlim Məmmədov qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır./qafqazinfo

