Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb
Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA-nın Regional bölmələri, ETSN-in yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və KTN-in yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında nın iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb.
Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.
Bununla yanaşı Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib. Nəticələr yaxın zamanda açıqlanacaq.

