Cəmiyyət 

Maaşlarla bağlı mühüm AÇIQLAMA

Minimum əməkhaqqının məbləği ilə bağlı yeni qaydalar gündəmə gətirilib. Bildirilir ki, bu göstəriciyə ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Dəyişiklik əmək bazarındakı dinamikanı və iqtisadi şərtləri nəzərə almağı hədəfləyir.

Minimum əməkhaqqı bir çox vətəndaşın gəlir səviyyəsinə birbaşa təsir edən əsas sosial göstəricilərdən biridir. Ona görə də bu məsələdə qəbul edilən qərarlar geniş ictimai maraq doğurur. Yeni mexanizm əməkhaqqının iqtisadi dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməyə yönəlib.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqının mahiyyəti ondan ibarətdir ki, nə özəl sektorda, nə də dövlət sektorunda bundan aşağı əməkhaqqı verilə bilməz: “Məncə, bunun iqtisadiyyata ciddi təsiri yoxdur. Çünki hazırda minimum əməkhaqqı 400 manatdır. Bu şəraitdə 400 manatlıq minimum əməkhaqqı ilə işləmək üçün işçi tapmaq da çətindir. İndiki qiymətləri nəzərə alsaq, bu məsələ daha da aktuallaşır.

Burada bir problem var və bunu dəfələrlə qeyd etmişik. Minimum əməkhaqqı artdıqca işəgötürənlərin Sosial Müdafiə Fonduna ödənişləri də artır. Bu ödəniş ümumi məbləğin 25 faizini təşkil edir. Ona görə də minimum əməkhaqqı tez-tez artacaqsa, sosial müdafiə fonduna edilən ödənişlərə də yenidən baxılmalıdır. Yəni həmin 25 faiz nisbəti də nəzərdən keçirilməlidir”.//Demokrat.az

Daha çox xəbərlər