Region Xəbərləri Təhsil 

SU ÇƏRŞƏNBƏSİ QEYD EDİLDİ

F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə Su çərşənbəsinin gəlişi qeyd edildi.
Novruz bayramının ilk çərşənbəsi su çərşənbəsidir. Bu çərşənbədə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su ilə bağlı müxtəlif tədbirlər keçirilir. Baharın ilk müjdəçisi olan Su çərşənbəsi milli adət-ənənələrə uyğun olaraq böyük coşqu ilə qeyd edilib. Şagirdlər suyun paklığı, yenilənmə rəmzi kimi çərşənbə süfrələri açıb, şeirlər söyləyib və qədim el oyunları nümayiş etdiriblər.

Daha çox xəbərlər