MƏKTƏBDƏ SU ÇƏRŞƏNBƏSİ QEYD EDİLDİ
Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 
Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin III a sinfinin təbriki.
Bu gün siniflərdə Su Çərşənbəsini qeyd olundu. Novruzun dörd çərşənbəsindən birincisi olan Su Çərşənbəsi baharın gəlişinin ilk müjdəçisi hesab olunur. Bu gün suyun təmizliyi, saflığı və həyat üçün əhəmiyyəti vurğulanır.
Şagirdlərimizlə birlikdə Su Çərşənbəsinin adət-ənənələrindən danışdıq. Onlara qədim inanclara görə, bu gün axar sularda yuyunmağın, su üzərinə arzu tutub tökməyin uğur gətirdiyini izah etdik.Uşaqlar şeirlər söylədi, su ilə bağlı maraqlı nağıllar və hekayələr danışdı.Bu gün hər birimiz üçün həm maarifləndirici, həm də əyləncəli oldu. Su Çərşənbəsi bizi Novruza bir addım da yaxınlaşdırdı və baharın gəlişinin sevincini hiss etdik!







