Fevralın müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
Sabah bütün sosial ödənişlər veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.

