“Sizi televizorda görəndə çox sevinirəm” – Video
Ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə etdikləri səfər çərçivəsində kənd sakini Əmrah Sahiblinin evində olublar.
Axşam.az-ın məlumatına görə, dövlət başçısı ilə Sahibli ailəsinin kiçik üzvü arasında maraqlı dialoq yaşanıb.
Belə ki, azyaşlı qız Prezidentə “Mən sizi televizorda görəndə çox sevinirəm” deyib. Onun bu sözləri İlham Əliyev və ailə üzvləri tərəfindən gülüşlə qarşılanıb.

