Klinikalarla bağlı ciddi hazırlıq – RƏSMİ
“Özəl sektorun onkoloji xidmət göstərməsi üçün yeni qaydalar və ciddi tələblər hazırlanıb”.
Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. O, bildirib ki, bu xidmətə yüksək tələblərə cavab verən tibb müəssisələrində müvafiq icazələr veriləcək.
Qeyd edək ki, özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək. Bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.
Şahanə Rəhimli
Musavat.com

