Cəmiyyət 

“WhatsApp” təhlükəsizlik problemi-Başqalarının mesajını oxumaq mümkündür

“WhatsApp” tətbiqində təhlükəsizlik səhvi yaranıb. Bu səhv sayəsində hakerlər messenceri “GİF” fayl vasitəsilə sındıra bilərlər və başqa insanların mesajlarını oxuya bilərlər.
ARANTV.AZ  xəbər verir ki, səhv barədə Sinqapurdan olan tədqiqatçı, “Awakened” niki ilə tanınan bloqçu məlumat verib. Onun sözlərinə əsasən, istifadəçi qalereyaya düşən “GİF” faylı açdıqdan sonra hakerlər onun yazışmalarına giriş əldə edə bilirlər.
“WhatsApp” nümayəndələri bu barədə səhvin olduğunu etiraf ediblər. Amma bəyan ediblər ki, istifadəçilərdən hansınınsa belə bir problem yaşadığını istisna edirlər. Hazırda proqramçılar messencerin sonuncu versiyasında problemi aradan qaldırıblar.Sonxeber.az

Daha çox xəbərlər