Ali lider seçimi zamanı zərbə – İran silkələndi
İranda ali dini liderin seçilməsi prosesi zamanı təhlükəsizliklə bağlı ciddi hadisə baş verib.
Musavat.com xəbər verir ki, Qum şəhərində yerləşən Ekspertlər Şurasının binasına zərbə endirilib. Hücumun Şura üzvlərinin səsvermə apardığı vaxt həyata keçirildiyi bildirilir.
Məlumata görə, zərbə səslərin sayılması mərhələsində baş verib. Şuranın 88 üzvündən hamısının iclasda iştirak etmədiyi qeyd olunur.
Bununla yanaşı, paytaxt Tehranda da şiddətli zərbələrin endirildiyi, şəhərin müxtəlif hissələrində partlayış səslərinin eşidildiyi və tüstü müşahidə olunduğu bildirilir. İran dövlət televiziyası IRIB bəzi binaların əvvəlcədən təxliyə edildiyini və hazırda ölən və yaralananlarla bağlı rəsmi məlumatın verilmədiyini açıqlayıb.

