Dünya 

ABŞ qırıcı təyyarəsi İranda QƏZAYA UĞRADI

ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsi İranın qərbində qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin 14-cü Kanalı məlumat yayıb.

Hadisənin təfərrüatları, o cümlədən qəzanın mümkün səbəbləri və pilotların taleyi dəqiqləşdirilir.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla, ölkənin ən yüksək hərbi və siyasi rəhbərliyi həlak olub.

Daha çox xəbərlər