Niderlandın XİN rəhbəri İranın Naxçıvana hücumunu pislədi
Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.
T. Berendsen bununla bağlı “X”dəki hesabında məlumat yayıb.
“Niderland İranın bu hücumunu pisləyir”, – Berendsen bildirib və əlavə edib ki, ölkəsi Azərbaycanla həmrəydir:
“Gələcək eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır”.
O qeyd edib ki, bölgədə qalan səyahətçilərin təhlükəsiz şəkildə geri qaytarılması barədə azərbaycanlı həmkarı ilə fikir mübbadiləsi aparıb. (Report)

