Cəbhədən Xəbər 

Türkiyəyə atılan raketlə bağlıAzərbaycandan İLK REAKSİYA

“Türkiyə ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – MN-dən bildirilib.

Daha çox xəbərlər