Bakı metrosunda HƏYƏCANLI ANLARYENİLƏNİB
Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, sərnişinin iddiası əsassızdır:
“Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir”.
***
Bakı metrosunda qatarda tüstülənmə baş verib.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlər bildiriblər ki, metronun “28 may” stansiyasında qatarda tüstülənmə olub.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

