Hadisə 

Füzulidə mina partladı – Çoban həlak oldu

Füzuli rayonunda mina partlayıb, ölən var.

Hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.

Nəticədə çoban ölüb, atı isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.//“Qafqazinfo”

Daha çox xəbərlər