Ağstafada mikroavtobusla minik maşını TOQQUŞDU: Yaralılar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vita” markalı mikroavtobusla “VAZ-2106” markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//APA


