Mehdiabadda “Nissan” 28 yaşlı gənci vurdu
Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, Mehdiabad qəsəbəsində “Nissan” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Ələkbərov İntiqam Üzeyir oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.oxu.az

