İtkin düşən kişinin meyiti qayalıqda tapıldı
Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb.
Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət daxil olub.
Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

