İranın raket zərbələrində kəskin dəqiqlik artımı: Rusiya izi?
İsrail mediasının yaydığı məlumatlara görə, İran raketlərinin hədəfi vurma effektivliyi kəskin şəkildə artaraq 3%-dən 27%-ə yüksəlib.
Musavat.com xəbər verir ki, bu irəliləyişin kəşfiyyat-zərbə komplekslərinin tətbiqi sayəsində mümkün olduğu bildirilir. Yeni sistem hədəfləri daha sürətli müəyyən etməyə və raketlərin istiqamətləndirilməsində dəqiqliyi maksimuma çatdırmağa imkan verir.
Bu texnoloji sıçrayışda Rusiyanın mühüm rol oynadığı iddia edilir. Mənbələr Rusiyanın lazımi məlumatları təqdim etdiyini və qərarların qəbulu prosesində yaxından iştirak etdiyini qeyd edirlər. Bu əməkdaşlıq regiondakı hərbi balansın dəyişməsi ilə bağlı ciddi narahatlıqlara yol açıb.

