Qış yenidən Rusiyaya qayıtdı
Rusiyanın Avropa hissəsində hava şəraiti kəskin pisləşir. Güclü siklonun təsiri ilə regiona yenidən qış fəsli qayıdır.
Publika.az xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb.
Sinoptik vəziyyəti “Qış hücuma keçir” sözləri ilə təsvir edib. Məlumata görə, aprelin 9-u, cümə axşamından etibarən ölkənin cənub yarısı siklonun təsiri altına düşəcək. Ən intensiv yağıntılar Volqaboyu bölgəsində gözlənilir.
Mərkəzi Rusiya, Voloqda vilayəti və Ural dağları ətrafında yağışın sulu qara və qara çevriləcəyi, hətta bəzi yerlərdə qar örtüyünün yaranacağı proqnozlaşdırılır. Temperatur kəskin aşağı düşərək mərkəzi hissələrdə 1-6 dərəcə isti təşkil edəcək. Şimal bölgələrində isə şaxtalı hava gözlənilir.
Müəllif: Adəm

