Bərdədə 4 otaqlı ev yandı
Bərdə şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 93 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

