Bərdə rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir
Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda növbəti yaşıllaşdırma aksiyası həyata keçirilib. Aksiya çərçivəsində Bərdə Rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində mövsümə uyğun 1000 ədəd gül əkilib.
Həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirlərinin əsas məqsədi şəhərin ekoloji mühitini daha da yaxşılaşdırmaq, sakinlər üçün daha təmiz, səliqəli və estetik baxımdan cəlbedici mühit yaratmaqdır. Əkilən güllər Heydər Əliyev prospektində, Bayraq meydanında, eləcə də yol kənarlarında əkilərək şəhərə xüsusi gözəllik qatıb.
Qeyd edək ki, son dövrlərdə Bərdə rayonunda abadlıq və yaşıllaşdırma işləri sistemli və ardıcıl şəkildə davam etdirilir. Görülən bu işlər rayonun simasının daha da müasirləşdirilməsinə, eyni zamanda sakinlərin rifah halının yüksəldilməsinə xidmət edir.
Rayon sakinləri həyata keçirilən bu təşəbbüsləri yüksək qiymətləndirərək, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirir, bu cür layihələrin davamlı olmasının vacibliyini xüsusi vurğulayırlar.

