Aprel döyüşlərinin ildönümünə həsr olunmuş intellektual yarış təşkil olundu
10 aprel tarixində məktəbin tarix müəllimi Arzu Bəbirovanın və 10-cu sinif şagirdləri Ömər Quliyev və Rəşad İsgəndərovun təşkilatçılığı ilə Aprel döyüşlərin il dönümünə həsr olunmuş intellektual yarış təşkil olundu.
Tədbirin girişində Vətən uğurunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha 6 komandanın iştrakı ilə intellektual yarış keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək,
azərbaycançılıq ideologiyasına sadiq, vətəninə bağlı, mənəvi dəyərlərə
hörmətlə yanaşan vətəndaş kimi yetişməsini təmin etməkdir.






