Hadisə 

Lənkəranda qazi vəfat edib – FOTO

Lənkəranda 44 günlük Vətən müharibəsinin iştirakçısı olan qazi dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə bloqer Tofiq Şahmuradov məlumat yayıb. Bildirilib ki, rayonun Girdəni kənd sakini, Babazadə Ülvi Həsənəli oğlu ötən gün vəfat edib.

Qeyd edək ki, Ülvi Babazadə 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Daha çox xəbərlər